Bakı.Trend:
ABŞ-nin Kaliforniya ştatının Feyrfild şəhərində fəaliyyət göstərən orta məktəblərdən birində keçirilən buraxılış gecəsində silahlı insident baş verib.
Trend xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
İlkin məlumata görə, atışma nəticəsində azı 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Qeyd olunur ki, insident “son zəng” şənliyinin başa çatmasından dərhal sonra baş verib. Qurbanın və zərərçəkənlərin kimliyi hələlik açıqlanmır.
Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışını həyata keçirir.
