Bakı.Trend:
Aprelin sonuna olan vəziyyətə görə, Azərbaycanda rezident-təşkilatlar tərəfindən buraxılmış “Visa” ödəniş kartları (o cümlədən statistik vahidin ödəniş kartları ilə) ilə aparılmış əməliyyatların miqdarı 166,806 milyon vahid , dəyəri isə 8,230 milyard manat təşkil edib.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların miqdarı 29,193 milyon və ya 21,2 faiz artıb, həcmi isə 273 milyon manat və ya 3,4 faiz böyüyüb.
Eyni zamanda qeyri-rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “Visa” kartları ilə həyata keçirilmiş əməliyyatların sayı 725,6 min vahid, həcmi isə 59 milyon manat təşkil edib.
Qeyd edək ki, aprel ayının sonuna olan vəziyyətə görə, “Azərpoçt” MMC və bank sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 min kart təşkil edib.
