Kim Çen In nüvə zavodunu təftiş edib

Dünya xəbərləri Materials 4 İyun 2026 09:46 (UTC +04:00)
Kim Çen In nüvə zavodunu təftiş edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

KXDR rəhbəri Kim Çen In yaxın zamanda istismara verilmiş yeni nüvə materialları istehsalı müəssisəsinə təftiş məqsədilə baş çəkib.

Trend xəbər verir ki, bu barədə Koreya mediası məlumat yayıb.

Ölkə lideri ilə birlikdə müəssisədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Müdafiə sənayesi şöbəsinin rəhbər işçiləri, eləcə də Nüvə Silahları Elmi-Tədqiqat İnstitutunun nümayəndələri olublar.

KXDR lideri bildirib ki, son beş il ərzində silah məqsədli nüvə materiallarının istehsalı üzrə güclər iki dəfə artırılıb. O, həmçinin xatırladıb ki, partiyanın IX qurultayında nüvə silahlı qüvvələrinin gücləndirilməsinə dair yeni beşillik proqram qəbul edilib. Həmin proqram məhsuldarlığın artırılmasını və ölkənin nüvə arsenalının genişləndirilməsini nəzərdə tutan strateji kursu müəyyənləşdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti