Bakı. Trend:
Bakı. Trend:
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat berilib.
Xatırladaq ki, saat 12:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bir-birinə bitişik anbarlarda baş verən yanğın 16:00 radələrində məhdudlaşdırılıb.
xxx
14:14
Keşlədə obyektdə yanğın baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub:
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək", - qeyd edilib.
