Polşada helikopter qəzaya uğrayıb - Ölən var

Dünya xəbərləri Materials 4 İyun 2026 12:18 (UTC +04:00)
Polşada helikopter qəzaya uğrayıb - Ölən var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın cənubunda “Robinson R44 Raven” modelindən olan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində hava nəqliyyat vasitəsinin pilotu həyatını itirib.

Trend xəbər verir ki, bu haqda “Wirtualna Polska” portalı yerli polis idarəsinə istinadən xəbər verir.

Malopolsk inzibati vilayətində ucqar ərazidə düşən helikopterin dağıntıları artıq xilasetmə qrupu tərəfindən aşkar edilib. Həlak olan şəxs 30 yaşlı pilot olub.

İlkin versiyaya görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub. Polis qəza səbəbləri ilə bağlı araşdırmaya başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti