Bakı.Trend:
Bakının Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən 16 mərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olduqdan sonra əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Binanın 9-cu mərtəbəsində yerləşən mənzilin eyvanında baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun mənzilə, eləcə də digər ərazilərə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində eyvanda quraşdırılmış kombi aparatı və kondisioner yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Mənzil yanğından mühafizə olunub.
