Bakı. Trend:
Avtonom nəqliyyat vasitəsi operatorların fəaliyyətinin tənzimlənməsi qaydaları və öhdəlikləri müəyyənləşdiriləcək.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, fiziki və hüquqi şəxslərin operator kimi fəaliyyət göstərə bilməsi üçün 5 il müddətinə şəhadətnamələr veriləcək.
Operator fəaliyyətinə dair şəhadətnamənin verilməsi xidmətinə görə 20 manat məbləğində dövlət rüsumu təyin olunacaq.
Məsafədən idarəetmə mərkəzləri yaradılacaq və istismar zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürüləcək.
Dövlət sisteminə ötürülən məlumatlar qeydə alınacaq və operatorlar tərəfindən 6 ay müddətində mühafizə ediləcək.
