Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir (FOTO)

İqtisadiyyat Materials 4 İyun 2026 10:21 (UTC +04:00)
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir.

Trend xəbər verir ki, 4–6 iyun tarixlərində Bakı İdman Sarayında keçiriləcək sərgidə Azərbaycan və Türkiyədən zərgərlik sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir.

Sərgi çərçivəsində qiymətli daşlar, qızıl və gümüşdən hazırlanmış zərgərlik məmulatları, külçələr və sikkələr, bijuteriya, zərgərlik məmulatları üçün qablaşdırma məhsulları, eləcə də zərgərlik sənayesi üçün avadanlıq və ləvazimatlar nümayiş etdirilir.

Sərginin ümumi sahəsi 4000 m²-dir. İştirakçı şirkətlərin sayı isə 50–60 şirkətdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti