Bakı. Trend:
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” keçirilir.
Trend xəbər verir ki, tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə baş tutur.
Artıq ölkənin aparıcı kibertəhlükəsizlik platformalarından birinə çevrilən forum dövlət qurumlarını, özəl sektor nümayəndələrini, beynəlxalq tərəfdaşları, texnologiya şirkətlərini və sahə üzrə ekspertləri bir araya gətirir.
Forum çərçivəsində kibertəhlükəsizlik sahəsində aktual çağırışlar və gələcək perspektivlər müzakirə olunur, həmçinin tərəflər arasında əməkdaşlığın inkişafı üçün mühüm platforma formalaşdırılır.
Xəbər yenilənəcək
