Ermənistan və ABŞ TRIPP sazişini imzaladı

Dünya xəbərləri Materials 4 İyun 2026 12:12 (UTC +04:00)
Ermənistan və ABŞ TRIPP sazişini imzaladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə çərçivə sazişi imzalanıb.

Trend Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bəyanatında deyilir.

“Bir neçə saniyə əvvəl sizin gözləriniz önündə Ermənistan–ABŞ arasında TRIPP üzrə çərçivə sazişini imzaladım.

Xatırladım ki, bir neçə gün əvvəl həmin sənəd mən və ABŞ dövlət katibi Marko Rubio tərəfindən ilkin olaraq imzalanmışdı. O, sazişi imzaladıqdan sonra sənəd Ermənistana göndərilmişdi. İndi isə mən Ermənistan tərəfinin imzalarını atdım. Beləliklə, məsafədən imzalanma prosesi başa çatdı və saziş ratifikasiya üçün hazırdır”, – deyə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti