Son altı ayda 200 iri həcmli DDoS hücumu zərərsizləşdirilib

Cəmiyyət Materials 4 İyun 2026 10:54 (UTC +04:00)
Son altı ayda 200 iri həcmli DDoS hücumu zərərsizləşdirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Son altı ay ərzində ölkə üzrə zərərli məzmun yayan 2 min resurs məhdudlaşdırılıb, 200 iri həcmli DDoS hücumu zərərsizləşdirilib, 1,5 milyondan çox informasiya sızıntısı faktı aşkarlanıb və 160 min botnet yoluxmasının qarşısı alınıb.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nun rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, ölkə səviyyəsində kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin təmin edilməsi və informasiya məkanının müasir təhdidlərdən qorunması məqsədilə vahid kibertəhlükəsizlik platforması yaradılıb. Hazırda 70-dən çox qurum bu platformaya qoşulub və şəbəkənin daha da genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Nazir müavini bildirib ki, son üç ildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 365-ə yaxın mütəxəssis hazırlanıb və onların 86 faizinin artıq işlə təmin olunub.

"Bundan əlavə, dövlət və özəl qurumlarda çalışan 120 kibertəhlükəsizlik mütəxəssisi ixtisasartırma proqramlarına cəlb olunub, 53 təşkilatda isə kibermaarifləndirmə təlimləri keçirilib".

S.Əsədov qeyd edib ki, qarşıdakı dövr üçün əsas hədəf Azərbaycanın regionun aparıcı kibertəhlükəsizlik mərkəzlərindən birinə çevrilməsidir:

“Bu məqsədlə milli kibertəhlükəsizlik imkanlarının daha da gücləndirilməsi, təhdid kəşfiyyatı və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi, milli CERT ekosisteminin genişləndirilməsi, elmi tədqiqatların, innovasiyaların və süni intellekt texnologiyalarının təşviqi, eləcə də yüksək ixtisaslı insan kapitalının formalaşdırılması istiqamətində fəaliyyət davam etdiriləcək”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti