Bakı.Trend:
Macarıstan Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı vetosunu geri götürüb. Artıq Kiyev Aİ üzvlüyü üzrə rəsmi danışıqlara başlaya biləcək.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Budapeştdə Peter Madyarın rəhbərlik etdiyi yeni hökumət Ukrayna və qonşu Moldovanın danışıqlara başlaya biləcəyinə işarə edib.
Madyar bildirib ki, Macarıstan Ukraynaya, Ukraynada yaşayan macar azlığın hüquqlarının genişləndirilməsi müqabilində dəstək verəcək. Söhbət Brüsselin iştirakı ilə bir neçə həftədir müzakirə olunan dil, təhsil və mədəniyyət təminatlarından gedir.
Bununla yanaşı, Peter Madyar son vaxtlar bir daha bəyan edib ki, ölkəsi Zakarpatyada yaşayan etnik macarların hüquqları bərpa olunmadan Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasını dəstəkləməyəcək. O, bu məsələnin Budapeşt üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
