Ermənistan Aİ-yə məhsul ixrac edəcək sahibkarlara subsidiyaları təsdiqləyib

Dünya xəbərləri Materials 4 İyun 2026 13:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan hökuməti növbəti iclasında Avropa İttifaqı da daxil olmaqla müxtəlif bazarlara məhsul ixrac edən sahibkarlar üçün logistik xərclərin və gömrük ödənişlərinin kompensasiyası şəklində iki subsidiya layihəsini təsdiqləyib.

Trend Ermənistan mediasına istinadən xəbər verir ki, iclas hökumətin rəsmi "YouTube" kanalında canlı yayımlanıb.

Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçirilən parlament seçkiləri öncəsi aparılan təbliğat kampaniyası çərçivəsində Rusiyaya məhsul ixracı qadağan edilən ixracatçılara dəstək vəd edib, hökumətin həmin məhsulların xərclərini qarşılayacağını və yeni satış bazarlarının tapılmasına kömək edəcəyini bildirmişdi.

Birinci layihə çərçivəsində istixana şəraitində yetişdirilən təzə tərəvəz və meyvələrin, eləcə də güllərin ixracı zamanı logistik xərclərin kompensasiyası üçün subsidiyalar ayrılır.

“Çiyələyin hər kiloqramı üçün subsidiya 775 dram (təxminən 2 ABŞ dolları), pomidor üçün 275 dram (təxminən 0,75 dollar), bibər üçün 400 dram (təxminən 1 dollar), hər bir gül üçün isə 37 dram (təxminən 0,1 dollar) təşkil edəcək. Bu proqramdan 2026-cı il 1 iyun–1 iyul tarixləri arasında Ermənistan ərazisindən ixrac həyata keçirmiş, Ermənistan rezidenti hesab olunan hüquqi şəxslər, fiziki şəxslər və fərdi sahibkarlar yararlana biləcəklər”, — deyə Ermənistan İqtisadiyyat nazirinin müavini Arman Xocoyan bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti