Bakı. Trend:
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər səbəbindən İrəvana 50 milyon avro ayırılacağını vəd edib.
Trend xəbər verir ki, bu barədə AK-nin mətbuat relizində bildirilir.
“Bu, iqtisadi təzyiqdən başqa bir şey deyil və qəbuledilməzdir”, – deyə fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bildirib.
O, Rusiyanın tətbiq etdiyi tədbirləri tənqid edib və bildirib ki, bu sahədə kifayət qədər təcrübəyə malikdir, çünki Avropa İttifaqı son beş ildə öz tarixində üçüncü ölkələrə qarşı rekord sayda iqtisadi sanksiyalar və iqtisadi təzyiq tədbirləri tətbiq edib.
Fon der Lyayen bildirib ki, Avropa İttifaqı Ermənistanı qətiyyətlə dəstəkləyir və 50 milyon avro maliyyə yardımını əhatə edəcək dəstək paketi hazırlayır.
