Dünyada azərbaycanlıların ən böyük icması Rusiyada yaşayır - səfir

Siyasət Materials 4 İyun 2026 17:04 (UTC +04:00)
Dünyada azərbaycanlıların ən böyük icması Rusiyada yaşayır - səfir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada azərbaycanlıların ən böyük icması məhz Rusiya Federasiyasında yaşayır.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfiri Rəhman Mustafayev Sank-Peterburq Beynəlxalq İqtisadi Forumu ( PMEF-2026 ) çərçivəsində keçirilən “Rusiya -Azərbaycan” sessiyasında bildirib.

Diplomatın sözlərinə görə, Rusiya–Azərbaycan münasibətləri hazırda fəal inkişaf mərhələsindədir.

Səfir bildirib ki, təxminən 500 min azərbaycanlı Rusiya vətəndaşıdır, daha 220–230 min nəfər isə ölkədə müvəqqəti yaşayır.

Mustafayev vurğulayıb ki, Moskva və Rusiyanın digər regionlarında yaşayan Azərbaycan diasporunun rifahının təmin edilməsi Azərbaycan diplomatiyasının prioritet istiqamətlərindən biridir.

Səfir icma nümayəndələrinin yaşaması və fəaliyyəti üçün əlverişli şəraitin qorunub saxlanılması məsələlərində Rusiya Xarici İşlər Nazirliyinin fəal dəstəyinə ümid etdiyini bildirib.

Çıxışı zamanı səfir qeyd edib ki, Rusiya–Azərbaycan münasibətləri hazırda fəal inkişaf mərhələsindədir. Mustafayev həmçinin xatırladıb ki, ötən mürəkkəb il ərzində hər iki ölkənin liderlərinin səyləri sayəsində vəziyyəti sabitləşdirmək mümkün olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti