Bakı. Trend:
“Sabah” müdafiəçi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tellur 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. 31 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir. Azərbaycan millisinin də üzvü olan futbolçu Masazır təmsilçisində ümumilikdə 102 oyun keçirib.
Mütəllimov komandanın uğurlarında xüsusi pay sahibi olmuş futbolçulardandır. O, “Sabah”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə ölkə kubokunun sahibi olub.
