"UnionPay" ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı

İqtisadiyyat Materials 4 İyun 2026 17:42 (UTC +04:00)
"UnionPay" ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Aprel ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda rezident maliyyə təşkilatları (həmçinin statistik vahidin ödəniş kartları) tərəfindən emissiya edilmiş "UnionPay" kartları üzrə əməliyyatların sayı 2,4 min, əməliyyatların həcmi isə 310 min manatdan çox olub.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin aprel ayı ilə müqayisədə "UnionPay" kartları üzrə əməliyyatların sayı 2,3 mindən çox və ya 24 dəfə, əməliyyatların həcmi isə 260 min manatdan çox və ya 6,2 dəfə artıb.

Bundan əlavə, hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş "UnionPay" kartları üzrə əməliyyatların sayı 2,2 min, əməliyyatların həcmi isə 200 min manatdan çox təşkil edib.

Xatırladaq ki, 30 yanvar tarixində Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov və Çin Xalq Respublikasının “UnionPay” ödəniş sisteminin sədri Van Lisin arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə tərəflər arasında ödəniş kartlarının emissiyası və QR kod texnologiyalarının qarşılıqlı əlaqəliliyinin gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub. Görüşün yekununda tərəflər əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Memorandum Mərkəzi Bank ilə “UnionPay” arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda “UnionPay” kartlarının emissiyası və emalı, çarpaz pul köçürmə sistemlərinin inteqrasiyası, QR və token texnologiyalarının tətbiqi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə töhfə verəcək.

Anlaşma Memorandumu çərçivəsində nağdsız ödənişlərin inkişafı istiqamətində təşəbbüslərin həyata keçirilməsi, yerli kart sahiblərinə daha sabit, təhlükəsiz və rahat kart təcrübəsinin, kart əsaslı məhsul və xidmətlərin, yeni innovativ məhsulların təqdim edilməsi, nağdsız iqtisadiyyata keçidi təmin edəcək texniki arxitektura və mexanizmlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti