Azərbaycan və Rusiyanın işgüzar dairələrinin nümayəndələri əməkdaşlığın inkişafını müzakirə ediblər (FOTO)

İqtisadiyyat Materials 4 İyun 2026 21:28 (UTC +04:00)
Azərbaycan və Rusiyanın işgüzar dairələrinin nümayəndələri əməkdaşlığın inkişafını müzakirə ediblər (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Rusiya istehsalçıları ilə Azərbaycan biznes nümayəndələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş işgüzar tədbir olan "Made in Russia" qala şam yeməyi keçirilib.

Trend xəbər verir ki, tədbirdə Rusiya ixrac şirkətləri, pərakəndə satış şəbəkələrinin nümayəndələri, distribyutorlar və potensial tərəfdaşlar bir araya gələrək işgüzar əlaqələri gücləndirib və qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qala şam yeməyinin əsas məqsədləri Rusiya şirkətləri ilə Azərbaycan pərakəndə satış şəbəkələri arasında işgüzar və tərəfdaşlıq münasibətlərini gücləndirmək, ixrac əməkdaşlığını inkişaf etdirmək və Rusiya istehsalçılarının Azərbaycan bazarındakı iştirakını genişləndirmək, eləcə də uzunmüddətli işgüzar əlaqələr qurmaq və birgə layihələrin perspektivlərini müzakirə etmək olub.

Axşam proqramına rəsmi işgüzar hissə, yeni şirkət məhsullarının təqdimatları, B2B ünsiyyəti və qeyri-rəsmi şəbəkələşmə daxil idi.

Tədbir Rusiya və Azərbaycan arasında beynəlxalq biznes dialoqunun möhkəmləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının inkişafına yönəlib.

Xəbər lenti

Xəbər lenti