Bakı. Trend:
İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş ümumi təhsil müəssisələrində tədris prosesi distant (məsafədən) formada keçiriləcək.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, iyunun 5-də IV siniflər istisna olmaqla bütün digər siniflər üçün 108 monitorinq mərkəzində, iyunun 6-da isə 6 günlük iş rejimində fəaliyyət göstərən məktəblərdə VI siniflər istisna olmaqla digər siniflər üçün tədrisin fasiləsizliyini təmin etmək məqsədilə dərs prosesi distant (məsafədən) formada aparılacaq.
Qeyd edək ki, monitorinq nəticələri şagirdlərin summativ
qiymətlərinə və sinifdən-sinfə keçməsinə təsir etmir.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin
yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və
bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və
tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata
keçirməkdən ibarətdir.
