Bakı. Trend:
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb.
Tədbirlərlə həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun
əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən
əkilərək xüsusi qulluq göstərildiyi müəyyən edilib və o, polis
əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs
barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
