Bakı. Trend:
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı dünyanın müxtəlif yerlərində ictimaiyyətdən gizli saxlanılan “yadplanetli bazaların” yerləşdiyi əraziləri açıqlayıb.
Trend xəbər verir ki, bu barədə "Daily Mail"də məqalə dərc olunub
Keçmiş hərbi kəşfiyyat veteranı Lin Byukenan “Ulduz Qapısı” (Star Gate) layihəsində iştirak edib. Bu layihə çərçivəsində ABŞ xüsusi xidmət orqanları paranormal qabiliyyətlərin hərbi və kəşfiyyat məqsədləri üçün mümkün istifadəsini araşdırıb. Proqram 1978–1995-ci illəri əhatə edib və MKİ-nin deklassifikasiya edilmiş hesabatına əsasən, tam uğursuzluqla nəticələnib.
Byukenanın sözlərinə görə, Yer üzündə yadplanetlilərin ilk “bazalarını” guya keçmiş polis əməkdaşı Pet Prays “görüb”. O da oxşar hökumət eksperimenti çərçivəsində iştirak edirdi. Bu iddia 1973-cü ildə baş verdiyi kimi təqdim olunur.
Daha sonra Prays tərəfindən işarələnən obyektlər Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) çərçivəsində “8200” adlı layihə üzrə araşdırılıb. Layihənin məqsədi onun iddialarının müstəqil müşahidəçilər tərəfindən təsdiqlənib-təsdiqlənməyəcəyini müəyyən etmək olub. Byukenana Alyaskadakı Heys dağları, Avstraliyadakı Zil bölgəsi, Zimbabvedə İnyanqani və İspaniya–Fransa sərhədindəki Pireney dağları yaxınlığında “yadplanetli bazaları” izləmək tapşırılıb. Bunun üçün paranormal qabiliyyətlərdən istifadə edilməsi də nəzərdə tutulub.
Byukenen iddia edir ki, onun “izlədiyi” obyektlər müxtəlif funksiyaları yerinə yetirirdi. Alyaskadakı baza kəşfiyyat məlumatları toplayırdı, Avstraliyadakı baza UFO-ların gəliş nöqtəsi kimi xidmət edirdi, Zimbabvedə isə yadplanetli aparatların təmir mərkəzi fəaliyyət göstərirdi.
