“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu

İdman Materials 4 İyun 2026 19:58 (UTC +04:00)
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Şəfa” FK Avropa Futbol Klubları (EFC) təşkilatına üzv qəbul edilib.

Trend xəbər verir ki, bununla bağlı EFC tərəfindən kluba rəsmi məktub göndərilib.

Məktubda qeyd olunur ki, “Şəfa” artıq Avropanın müxtəlif ölkələrini təmsil edən 800-dən çox klubun yer aldığı böyük futbol icmasının bir hissəsidir. Həmin klubları əməkdaşlıq, inkişaf və futbolun uzunmüddətli uğuru naminə birgə fəaliyyət prinsipi birləşdirir.

EFC rəhbərliyi vurğulayıb ki, təşkilatın əsas məqsədi Avropa futbolunun ən yüksək səviyyəsində çıxış edən klubları bir araya gətirmək, onların maraqlarını təmsil etmək və dəstəkləməkdir. Eyni zamanda, klubların futbolun gələcəyinin formalaşdırılmasında söz sahibi olması üçün şərait yaradılır.

Məktubda “Şəfa”nın üzvlüyünün klubun Avropa futbolunun ortaq gələcəyinə sadiqliyinin göstəricisi olduğu qeyd edilib və təşkilat rəhbərliyi yeni üzvlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti