Sloveniya parlamenti Yanez Yanşanın rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib

Dünya xəbərləri Materials 4 İyun 2026 21:56 (UTC +04:00)
Sloveniya parlamenti Yanez Yanşanın rəhbərlik etdiyi yeni hökuməti təsdiqləyib

Bakı. Trend:

Sloveniya Dövlət Assambleyasının (parlamentin aşağı palatası) üzvləri Sloveniya Demokrat Partiyasının (SDP) lideri Yanez Yanşanın rəhbərlik etdiyi ölkənin yeni hökumətini səs çoxluğu ilə təsdiqləyiblər.

Trend-in məlumatına görə, bu barədə Sloveniya Radio və Televiziyası xəbər verib.

Məlumata əsasən, Yanez Yanşa dördüncü dəfə baş nazir vəzifəsini icra edəcək.

Nazirlər Kabinetini 49 deputat dəstəkləyib, 30 nəfər əleyhinə səs verib.

Xarici işlər naziri vəzifəsinə Sloveniyanın ABŞ-dakı keçmiş səfiri Tone Kayzer təyin olunub. Müdafiə naziri vəzifəsinə Valentin Haydinyak, daxili işlər naziri vəzifəsinə isə Frantsi Matoz gətirilib. İnfrastruktur və energetika nazirliyinə Yerney Vrtovets, iqtisadiyyat, əmək və idman nazirliyinə Anje Loqar, səhiyyə nazirliyinə isə Tadey Ostrts rəhbərlik edəcək. Kənd təsərrüfatı naziri vəzifəsinə Yanez Tsiqler-Kral təyin olunub. Ətraf mühit və ərazi planlaşdırılması məsələlərinə isə Polona Rifel cavabdeh olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti