Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 3,62 ABŞ dolları və ya 3,47% ucuzlaşaraq 100,78 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,59 dollar və ya 3,52% ucuzlaşaraq 98,39 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,96 dollar və ya 3,84% azalaraq 74,07 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir
barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,45 dollar və
ya 2,42% azalaraq 98,79 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti
65 ABŞ dolları/barel olaraq hesablanıb.
