Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Volodimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşün yaxşı fikir olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərə deyib.
"Düşünürəm ki, görüşsəydilər, əla olardı. Bunu etməlidirlər", - deyə o bildirib.
ABŞ prezidenti həmçinin Moskva və Kiyevin sülhə nail olmaq üçün güzəştə gedəcəkləri fikrini də bildirib.
"Onlar kompromislərə gedəcəklər. Mən bu kompromisləri təklif etmişəm. Və bildiyiniz kimi, bizim bu prosesdə böyük rolumuz var", - deyə D.Tramp bildirib.
O əlavə edib ki, "bunlar iki inanılmaz ölkədir, gözəl ölkələrdir və onlar dayanacaq".