Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib (FOTO)

Siyasət Materials 5 İyun 2026 10:00 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionatındakı qələbə münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir. Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram. Yaşasın Azərbaycan!"

Məqalədə:

Xəbər lenti

Xəbər lenti