Tramp ABŞ-ın kömür sənayesinin dirçəldilməsinə 700 milyon dollar ayırlmasını təsdiqləyib

Dünya xəbərləri Materials 5 İyun 2026 04:42 (UTC +04:00)
Tramp ABŞ-ın kömür sənayesinin dirçəldilməsinə 700 milyon dollar ayırlmasını təsdiqləyib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp kömür sənayesinin dirçəldilməsi məqsədilə federal büdcədən ümumilikdə 700 milyon dollar ayrıldığını elan edib.

Trend-in məlumatına görə, bu barədə D. Tramp Ağ evin Oval kabinetində deyib.

“Bu gün biz təmiz və keyfiyyətli kömürdən istifadə etməklə enerji daşıyıcılarının qiymətlərini və bütün amerikalılar üçün yaşayış xərclərini azaltmaq məqsədilə tarixi addımlar atırıq”, – deyə Tramp planı təqdim edərkən bildirib.

“Çinə baxsanız, eləcə də bir çox uğurlu ölkələrə nəzər salsanız, onların kömürdən istifadə etdiyini görərsiniz”, – deyə ABŞ lideri əlavə edib.

Plana əsasən, təxminən 700 milyon dollarlıq ümumi maliyyələşdirmənin 425 milyon dolları yaxın illərdə bağlanmaq təhlükəsi ilə üzləşə biləcək 13 kömür elektrik stansiyasının modernləşdirilməsinə və istismar müddətinin uzadılmasına yönəldiləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti