İsrail və "Hizbullah" Livanın cənubunda hücumları davam etdirir

Dünya xəbərləri Materials 4 İyun 2026 23:36 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs razılaşması əldə olunmasına baxmayaraq, İsrail və Livanın "Hizbullah" hərəkatı arasında qarşıdurmalar davam edir.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti xəbər verib.

"Tramp administrasiyası iki ölkə arasında yeni atəşkəs razılaşması əldə etdikdən bir neçə saat sonra İsrail və "Hizbullah" silahlıları arasında atışma baş verib", - deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl "Hizbullah" daha əvvəl İsrail və Livan hakimiyyəti arasında bağlanmış atəşkəsin şərtləri ilə razılaşmadığını bildirmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti