Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

İdman Materials 4 İyun 2026 23:37 (UTC +04:00)
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında final oyununu keçirib.

Trend-in məlumatına görə, Elşad Quliyevin başçılıq etdiyi komanda qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. "Tipos Arena"da keçirilən qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.

Qeyd edək ki, bu, minifutbol üzrə Azərbaycan millisinin 2-ci Avropa çempionluğudur. Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti