Küveyt və ABŞ xarici işlər nazirləri İranın Küveytə hücumlarını pisləyiblər

Dünya xəbərləri Materials 4 İyun 2026 22:23 (UTC +04:00)

Bakı. Trend:

Küveytin xarici işlər naziri Şeyx Cərah əl-Əhməd əs-Sabah və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda keçirilən görüşdə İranın əmirliyə son hücumlarını pisləyiblər.

Trend-in məlumatına görə, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Görüşdə İranın Küveyt dövlətinə qarşı cinayətkar və təkrarlanan hücumları pislənilib və Küveytin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququ təsdiqlənib", - deyə mətndə qeyd olunub.

Tərəflər həmçinin siyasi, müdafiə və investisiya sahələrində strateji tərəfdaşlıqlarının gücləndirilməsini müzakirə ediblər. Xarici işlər nazirləri regional təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün "hadisələrin sürətli inkişaf etdiyi" fonunda iki ölkənin səylərinin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti