Si Cinpin Şimali Koreyaya səfər edəcək

Dünya xəbərləri Materials 5 İyun 2026 06:33 (UTC +04:00)
Si Cinpin Şimali Koreyaya səfər edəcək

Bakı. Trend:

Çin Prezidenti Si Cinpin iyunun 8-9-da Koreya Xalq Demokratik Respublikasına dövlət səfəri edəcək.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Bildirilib ki, bu, onun son altı ildən artıq müddətdə KXDR-yə ilk səfəri olacaq.

Mayın sonunda "Yonhap" agentliyi məlumatlı mənbələrə istinadən bildirmişdi ki, Çin lideri artıq gələn həftə Şimali Koreyaya səfər edə bilər.

Mənbə qeyd edib ki, Si Cinpin Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdə vasitəçi rolunu oynaya bilər. Li Ce Men yanvar ayında Çinə dövlət səfəri zamanı Si Cinpindən Koreyalararası münasibətlərdə vasitəçilik etməyə kömək göstərməsini xahiş edib və Çin lideri bu müraciətə müsbət yanaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti