Bakı. Trend:
ABŞ administrasiyası Rusiyanın bu addımı gərginliyin artırılması kimi qiymətləndirə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən Almaniyaya "Tomahawk" qanadlı raketlərinin tədarükü planlarından imtina edə bilər.
Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti xəbər verib.
"Pentaqonun Almaniyaya 'Tomahawk' raketlərinin göndərilməsi planını qismən Rusiyanın bunu eskalasiya kimi qiymətləndirə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən ləğv edəcəyi gözlənilir. Bu isə Amerikanın ən böyük müttəfiqlərindən biri ilə uzun müddətdir planlaşdırılan razılaşmadan gözlənilməz geri çəkilmə olacaq", - deyə qeyd olunub.
İki avropalı və bir amerikalı rəsminin sözlərinə görə, ABŞ rəsmiləri Tramp administrasiyasının qitənin mərkəzində yüksək dəqiqlikli raketlərin yerləşdirilməsi təşəbbüsünü həyata keçirəcəyi təqdirdə, Moskvanın cavab tədbirləri görə biləcəyindən ehtiyat edirlər.