Bakı. Trend:
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden 2028-ci il prezident seçkilərində uğur qazana bilərdi.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
D. Tramp Hanter Baydeni bir sıra siyasətçilərlə, o cümlədən əvvəllər nasist döyməsi və narkotik istifadəsi ilə bağlı qalmaqalların mərkəzində olan Men Senatının namizədi Qraham Platnerlə müqayisə edib.
Onun sözlərinə görə, əgər belə namizədlər siyasi uğur qazana bilirlərsə, "Hanter" də uğur qazana bilərdi, çünki onun "keçmişi ən yaxşısı deyil".
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında ABŞ-ın o vaxtkı prezidenti Co Bayden Hanter Baydeni əfv edib.