Maduro məşhur reperin vəkilini tutub

Dünya xəbərləri Materials 5 İyun 2026 09:58 (UTC +04:00)
Maduro məşhur reperin vəkilini tutub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ həbsxanasında məhkəməsini gözləyən Venesuela Prezidenti Nikolas Maduro amerikalı reper Şon Kombsın (Diddy) vəkili Anna Estevaonu öz hüquq müdafiəçisi olaraq işə götürüb.

Trend xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Bildirilir ki, Estevao Venesuela liderinin narkoterror və narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamları üzrə mühakimə olunduğu Nyu-York Məhkəməsinə təqdim edilən bildiriş əsasında rəsmi olaraq Maduronun müdafiə komandasına daxil edilib.

Estevao Diddini məhkəmə prosesində müdafiə edib. Həmin proses müğənninin cinsi istismar məqsədilə insan alveri ilə bağlı ən ağır ittihamlar üzrə bəraət alması ilə yekunlaşıb.

Agentliyin məlumatına görə, Maduro iyunun 30-na təyin edilmiş növbəti məhkəmə dinləməsi ərəfəsində müdafiəsini gücləndirir.

2026-cı il yanvarın 3-də ABŞ qüvvələri Venesuelaya zərbələr endirib, prezident Nikolas Maduronu saxlayaraq ABŞ-yə aparıblar. 2026-cı il yanvarın 5-də onun narkokartelə rəhbərlik etməsi və digər ittihamlar üzrə məhkəmə prosesi başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti