Bu gün I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır

Cəmiyyət Materials 5 İyun 2026 09:00 (UTC +04:00)
Bu gün I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır.

Trend Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, 5 iyun 2026-cı il saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

Artıq Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Qeyd edək ki, üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti