Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Cəmiyyət Materials 5 İyun 2026 10:42 (UTC +04:00)
Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir ki, “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” şüarı altında təşkil olunan tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) tərəfdaşlığı çərçivəsində keçirilir.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Naziri Rəşad İsmayılov, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) İcraçı Direktoru İnqer Andersen çıxış edəcəklər.

Həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş, Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, COP31-in təyin olunmuş Prezidenti Murat Kurum, COP30 Prezidenti André Corrêa do Lago, Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramının (UN-Habitat) İcraçı Direktoru Anaklaudiya Rossbax və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İcraçı Katibi Simon Stiell videomüraciətlə çıxış edəcəklər.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti