Taylandda avtobus qəzasında 28 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 5 İyun 2026 07:13 (UTC +04:00)

Bakı. Trend:

Taylandda ikimərtəbəli avtobusun qəzaya uğraması nəticəsində ən azı 28 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "Matichon" qəzeti xəbər verib.

Məlumata əsasən, avtobus Suratthanidən Banqkoka gedirdi. Yerli vaxtla təxminən saat 4:00 radələrində təcili yardım xidmətlərinə Tayland paytaxtından təxminən 100 km aralıda yerləşən Petçaburi vilayətində nəqliyyat vasitəsinin aşdığı barədə zəng daxil olub.

İlkin araşdırma zamanı avtobusda 31 nəfərin olduğu, onlardan 23-ünün yüngül xəsarət, beş nəfərin isə orta dərəcəli xəsarət aldığı məlum olub.

Hadisə yerinə gələn təcili yardım maşınları stasionar müalicəyə ehtiyacı olan zərərçəkənləri xəstəxanaya aparıblar.

Xəbər lenti

Xəbər lenti