Bakı. Trend:
Yaponiya və ABŞ elmdə süni intellektin inkişafına birgə investisiya qoymaq barədə razılığa gəliblər və növbəti beş il ərzində bu məqsədlər üçün 1 milyard dollar ayrılacaq.
Trend-in məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara jurnalistlərə açıqlamasında bildirib.
Məlumata əsasən, söhbət elmi sahədə süni intellekt inkişafı üçün Yaponiya və Amerika proqramlarını birləşdirmək üçün strateji tərəfdaşlıqdan gedir.
"Tərəfdaşlıq, xüsusən də, süni intellekt də daxil olmaqla, qabaqcıl elm və texnologiyanın müxtəlif sahələrində genişmiqyaslı beynəlxalq birgə tədqiqat və inkişafa beş il ərzində 1 milyard dollarlıq strateji investisiya planını, eləcə də hesablama resurs bazasının gücləndirilməsini əhatə edir", - deyə o qeyd edib.