Kolumbiyada gəmidə partlayış: 4 nəfər ölüb

Dünya xəbərləri Materials 5 İyun 2026 09:10 (UTC +04:00)
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Kolumbiyanın Kartaxena şəhərində yerləşən gəmiqayırma zavodunda təmirə dayanmış yük gəmisində güclü partlayış baş verib.

Trend xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili olaraq xəstəxanalara yerləşdirilib. Məlumata görə, onların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Regional Səhiyyə İdarəsindən bildirilib ki, partlayışın başvermə səbəbi hələlik müəyyən edilməyib.

Partlayışdan sonra gəmidə yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları, mülki müdafiə və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Hazırda hadisənin səbəblərinin araşdırılması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti