Azərbaycan millisi Malta ilə qarşılaşacaq

İdman Materials 5 İyun 2026 09:30 (UTC +04:00)
Azərbaycan millisi Malta ilə qarşılaşacaq

Bakı. Trend:

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxalam oyununa çıxacaq.

Trend xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşacaq.

Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.

5 iyun

22:00. Azərbaycan – Malta
Baş hakim:
Mixali Kaprali (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu

Xəbər lenti

Xəbər lenti