İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır - Rəşad İsmayılov

Cəmiyyət Materials 5 İyun 2026 11:40 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır - Rəşad İsmayılov
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ölkəmiz ilk dəfə olaraq BMT-nin Ətraf Mühit Proqramının tərəfdaşlığı ilə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir. Bu, Azərbaycanın qlobal ekoloji gündəlikdə fəal iştirakının, beynəlxalq əməkdaşlığa açıq yanaşmasının və ətraf mühitin mühafizəsinə verdiyi önəmin mühüm göstəricisidir.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov bu gün Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə" şüarı altında təşkil olunan beynəlxalq konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, ətraf mühitin qorunması yalnız ayrı-ayrı ölkələrin deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir:

"Ətraf mühit məsələləri sərhəd tanımır və transsərhəd xarakter daşıyır. Yaşadığımız mühit, faydalandığımız təbiət, meşələr və biomüxtəliflik, okean və dənizlər, çaylar və nəfəs aldığımız hava bizim ortaq sərvətimizdir. Biz iqtisadi inkişafı, sosial rifahı və ekoloji tarazlığı birgə və ahəngdar şəkildə təmin etməliyik. Ölkəmiz "yaşıl" inkişaf və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində genişmiqyaslı layihələr icra edir. 2030-cu ilə qədər bərpa olunan enerjinin payının 30%-ə çatdırılması hədəflənir. Belə ki, bu, bizə Paris Sazişinin tərəfi kimi 2035-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarını azaltmaq üçün zəmin yaradır.

Əfsuslar olsun ki, uzun illər ərzində Ermənistanın işğalı altında qalmış ərazilərimizdə təbii sərvətlərə, ekosistemlərə, flora və faunaya ciddi ziyan vurulub. Ekosid, herbisid və kultursid hallarına yol verilib.

Hazırda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ekoloji yanaşmalar əsasında aparılır.

Azərbaycan Qarabağ və Şərqi Zəngəzur regionlarında ekoloji bərpa prosesinin dəstəklənməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramının ekspert dəstəyini alıb və bu dəstəyə görə təşkilata minnətdarlığımızı bildiririk", - nazir qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti