Bakı. Trend:
COP29 COP30 üçün mühüm yollar açıb.
Trend xəbər verir ki, bunu COP30-un prezidenti Andre Korrea do Laqo Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq konfransa videomüraciətində deyib.
Onun sözlərinə görə, Ümumdünya Ətraf Mühit Günü iqlim dəyişikliyi ilə bağlı problemləri həll etmək üçün önəmli platformadır.
"COP29 COP30 üçün mühüm yollar açıb. Ümid edirəm ki, biz iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin qısa zamanda icrasına nail olacağıq", - o qeyd edib.
