Bakı. Trend:
Bu günə qədər birinci sinfə qəbul edilən uşaqların sayı açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cava olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 106 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.
Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
