İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi uydurmadır - MEDİA (FOTO)

Cəmiyyət Materials 5 İyun 2026 14:24 (UTC +04:00)
İsrailin İrana qarşı Azərbaycan ərazisindən istifadə etməsi uydurmadır - MEDİA (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 5-də CNN özünün uydurduğu “mənbələrə” istinad edərək İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaların yer aldığı material yayımlayıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, dünyanın tanınmış transmilli media şirkətinin heç bir fakta istinad etmədən açıq-aşkar feyk məlumat tirajlaması məqsədli şəkildə həyata keçirilmiş kobud informasiya manipulyasiyasıdır.

"Dezinformasiya yaymaqla media etikasının dəyərlərinə və xəbərdə balansın qorunması kimi peşəkar jurnalistikanın təməl prinsiplərinə məhəl qoymayan CNN özünün reputasiyasını ləkələməklə yanaşı, həm də hibrid müharibənin propaqanda aləti kimi çıxış edib.

CNN-in yaydığı dezinformasiya Azərbaycana və bütünlükdə regional təhlükəsizliyə qarşı yönəlmiş siyasi təxribatdır və bu məlumatın yayılması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqla yanaşı, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmağa və regionda gərginlik yaratmağa hesablanıb.

Dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan Respublikası ərazisindən heç bir halda İran İslam Respublikasına qarşı istifadə olunmayıb və bu qəbildən olan uydurma, qərəzli məlumatlar kobud informasiya manipulyasiyasıdır.

Regional təhlükəsizliyi təhdid edən, media etikası və jurnalist peşəkarlığı prinsiplərinə zidd formada məlumat yayaraq ictimai rəyi çaşdırmağa çalışan CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik", - açıqlamada qeyd olunub.

Xəbər lenti

Xəbər lenti