Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

İqtisadiyyat Materials 5 İyun 2026 15:00 (UTC +04:00)
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə Azərbaycanın dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoz göstəricisini 130,3 milyon manat üstələyib.

Bu barədə Trend Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 6 milyard 187,7 milyon manat təşkil edib. Proqnoza əlavə olaraq büdcəyə 109,7 milyon manat vəsait köçürülüb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 471,5 milyon manat və ya 8,2 faiz artıb.

2026-cı ilin yanvar-may aylarında məcburi dövlət sosial sığortası üzrə daxilolmalar təxminən 2 milyard 806,8 milyon manat təşkil edib ki, bu da proqnoz göstəricisindən 159,1 milyon manat çoxdur. Büdcədənkənar təşkilatlar üzrə daxilolmalar isə 1 milyard 877,7 milyon manatı ötüb.

Hesabat dövründə işsizlikdən sığorta üzrə daxilolmalar 100,2 milyon manat təşkil edib ki, bu da proqnozdan 4,5 milyon manatdan çox artıqdır. Büdcədənkənar təşkilatlardan daxilolmalar 77,7 milyon manatı ötüb.

İcbari tibbi sığorta üzrə daxilolmaların həcmi 426,1 milyon manatı keçib ki, bu da proqnoz göstəricisindən 11 milyon manatdan çox yüksəkdir. Büdcədənkənar təşkilatlardan daxilolmalar isə 284,7 milyon manatdan çox olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti