Moskva azərbaycanlı dənizçilərin həlakı ilə bağlı Bakıya başsağlığı verib

Siyasət Materials 5 İyun 2026 14:24 (UTC +04:00)
Moskva azərbaycanlı dənizçilərin həlakı ilə bağlı Bakıya başsağlığı verib
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Həlak olmuş azərbaycanlı dənizçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. İnsan itkisi hər zaman faciədir və onların ailələri, yaxınları üçün böyük kədərdir.

Trend xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində Azov dənizində baş vermiş insidenti şərh edərkən bildirib.

Qaluzinin sözlərinə görə, "Qara dəniz və hətta Aralıq dənizi akvatoriyalarında mülki gəmilərə hava və dəniz dronları ilə hücum edənlərin kim olduğunu yaxşı bilirik".

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində yük gəmilərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində beş Azərbaycan vətəndaşının həlak olduğunu təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti