Türkiyədə "Pegasus" təyyarəsinin sərnişinləri təcili təxliyə olunub

Dünya xəbərləri Materials 5 İyun 2026 14:09 (UTC +04:00)
Türkiyədə "Pegasus" təyyarəsinin sərnişinləri təcili təxliyə olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türk Hava Yollarına məxsus “Pegasus” şirkətinin Ankara–İzmir reysini həyata keçirən təyyarəsində uçuş ərəfəsində sərnişinlər təxliyə edilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Təxliyəyə səbəb sərnişinlərdən birinə məxsus "powerbank"ın tüstülənməsi olub.

Məlumata görə, təyyarə uçuş zolağına çıxış istiqamətində hərəkət edərkən sərnişinlərdən birinin enerji yığma qurğusu tüstülənməyə başlayıb.

Pilotlar təyyarəni dərhal saxlayaraq dispetçer xidməti ilə əlaqə saxlayıblar. Sərnişinlər hava dolumlu təxliyə trapları vasitəsilə operativ şəkildə təyyarədən çıxarılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İnsidentə səbəb olan qurğu mütəxəssislər tərəfindən yoxlanılıb və təyyarədən çıxarılıb. Məlumata görə tüstülənmə ilə yanaşı, qurğunun korpusu daxilində alışma əlamətləri də müşahidə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti