“Cumanci”nin aktyoru amansızlıqla qətlə yetirilib

Dünya xəbərləri Materials 5 İyun 2026 13:36 (UTC +04:00)
“Cumanci”nin aktyoru amansızlıqla qətlə yetirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Los-Anceles şəhərində “Cumanci”, “K9- İt işi”, “Loqan” və “Top Qan- Maverik” kimi məşhur filmlərdə yaratdığı obrazlarla yadda qalan aktyor Ceyms Hendi qətlə yetirilib.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, qatil Los-Ancelesin Tarzana rayon polis bölməsinə müraciət edərək törətdiyi cinayəti etiraf edib və “elə indicə günah içində olan bir insanı öldürmüşəm” deyə bildirib.

Çağırış yerinə gedən polis evin həyətində çoxsaylı bıçaq xəsarətləri almış 81 yaşlı Hendini huşsuz vəziyyətdə aşkarlayıb. O, xəstəxanaya çatdırılsa da bir müddət sonra dünyasını dəyişib.

Məlumata görə, qətli törətməkdə şübhəli bilinən şəxs 44 yaşlı Maykl Qledhildir. Qeyd olunur ki, onun anası həmin aktyorla vətəndaş nikahında olub.

Şübhəli şəxsin saxlanıldığı bildirilir. Ona qarşı adamöldürmə maddəsi ilə cinayət işi açılıb və məhkəməyə qədər şərti azadlığı üçün 2 milyon dollar həcmində girov təyin edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti