Rusiya iqtisadiyyatı "soyuma" rejimindədir - Aleksandr Novak

Dünya xəbərləri Materials 5 İyun 2026 13:06 (UTC +04:00)
Rusiya iqtisadiyyatı "soyuma" rejimindədir - Aleksandr Novak
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda Rusiya iqtisadiyyatı idarə olunan “soyuma” rejimində fəaliyyət göstərir.

Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində bildirib.

Novak izah edib ki, bu transformasiya əvvəlki bir neçə il ərzində müşahidə olunan sürətli iqtisadi artım dövründən sonra baş verib.

“Hazırda biz idarə olunan soyuma mərhələsindəyik”, – deyə o bildirib.

Rusiya Baş nazirinin müavini ötən ilin oktyabr ayının əvvəlində də ölkə iqtisadiyyatının bu vəziyyətindən danışmış və belə rejimi müvəqqəti hal kimi qiymətləndirmişdi.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, ölkə iqtisadiyyatının “yumşaq enişə” ehtiyacı var. Onun sözlərinə görə, belə keçid hakimiyyətə daxili bazarda istehlak qiymətlərinin artım tempinin tədricən yavaşıması fonunda makroiqtisadi problemləri həll etməyə imkan verəcək.

Putin vurğulayıb ki, bu proses zamanı iqtisadiyyatın “həddindən artıq soyudulmasına və ya dondurulmasına” yol vermək olmaz.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti