Gəncə. Trend:
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi bu ilin oktyabrın 10-11-də Bakıda "Avropada Təhsil" sərgisi keçirəcək.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Gəncədə “Avropa Şəhərciyi-2026” tədbiri çərçivəsində keçirilən "Aİ Gənclər Müsabiqəsi"ndə deyib.
"Avropada Təhsil" sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi genişmiqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir", - o bildirib.
